Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”,  Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə,

Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.