Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Tovuzda traktorla mikroavtobus toqquşub. Qəzada 6 nəfər xəsarət alıb.

Tovuz rayonunun girişində Aşağı Quşçu kənd sakini Vüqar Bayramovun idarə etdiyi traktorla Bozalqanlı sakini Mirzə Abbasovun sürücüsü olduğu "Mercedes-Sprinter" toqquşub. Qəza miktoavtobus ötmə əməliyyatını həyata keçirən zaman baş verib. Nəticədə sərnişindaşıyan mikroavtobus aşıb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsətəxanadan verilən məlumata görə, yaralılardan 4-nün xəsarətləri yüngül olduğundan ambulator müayinə olunaraq evə buraxılıb. Digər iki nəfər - Mirzə Abbasov Səlmi Şirinovanın vəziyyətini isə həkimlər kafi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az