Cəlilabadda yaşayış evində partlayış baş verib
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli, 10-otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb.

Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az