Milli.Az xəbər verir ki, müğənni Elnarə Xəlilova Türkiyədə məşhur Enbe Orkestri ilə konserti verəcək. TRT Avaz  telekanalının təşkil etdiyi musiqi axşamı Novruz bayramı münasibəti ilədir. 

İki saat davam edəcək konsert  martın 21-də TRT Avaz telekanalı ilə canlı yayımlanacaq. Elnarənin konsert repertuarı xalq və klassik Azərbaycan mahnıları üzərində qurulub.

Qeyd edək ki, E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi Kubatla bölüşəcək. Konsertdə Kubatla Elnarənin tamaşaçılar üçün sürprizi gözlənilir.

Milli.Az