Böyük qaza doğru (VİDEO)
TANAP, yəni Trans Anadolu qaz kəməri Azərbaycanın təşəbbüskarı olduğu “Cənub qaz dəhlizi”nin mühüm həlqəsidir. “Şahdəniz” yatağından çıxacaq qaz Cənubi Qafqaz Boru kəməri ilə Türkiyə-Gürcüstan sərhədinə qədər gətiriləcək. Burdan TANAP mavi yanacağı qəbul edərək 1800 kilometrdən artıq məsafədə Anadoludan keçərək Türkiyə-Yunanıstan sərhədinə çatdıracaq. Avropaya isə bu qazı TAP kəməri ilə İtaliyaya qədər gələcək.
Planlara görə mavi yanacaq Türkiyəyə 2018, Avropaya isə 2019-cu ildə çatmalıdır.
Amma TANAP-ın təməlqoyma mərhələsinə qədər yolu asan olmayıb. Bu gün bunu rəsmilər də etiraf edirlər.
Türkiyənin enerji naziri Taner Yıldızın sözlərinəə görə, bu layihənin qarşısında iqtisadi maneələrdən daha çox, bir çox siyasi maneələr çıxartmağa çalışdılar: "Türkiyə hökumətlərimizlə bərabər siyasi sabitliyini qoruduqca, bu layihənin önündə hər hansı bir əngəl, inşallah, olmayacaq”.
Rusiya və Türkiyənin “Türk axını” kəmərini gündəmə gətirməsi bu maneələrin müəlliflərini sevindirmişdi. Amma “Ankara Moskvanı seçəcək, TANAP-a rəqib gəlir kimi fikirlər” elə sabahkı təməllə birgə Qarsda dəfn olunur. Bu layihəyə qarşı səslənən başqa bir iddia, Azərbaycanın kifayət qədər qazı yoxdur məsələsinə gəlincə, bu da tutarlı faktlarla təkzib olunur.
ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə faktları açıqladı: “Ümumilikdə götürsək, bizim təsdiqlənmiş və proqnoz ehtiyatlarımız 6 trilyon kubmetrdən çoxdur. Yəni bizim bu kəmərləri doldurmaqla bağlı problemimiz olmayacaq”.
TANAP-ın reallaşması ilə Azərbaycan Avropa bazarına birbaşa çıxış əldə edib, öz qazını satıb gəlir əldə edəcək. Türkiyə də həm bu kəmərdən mavi yanacaq alacaq, həm tranzit haqqı qazanacaq, həm də tikinti işlərinə cəlb olunan şirkətlər, burda çalışan insanlar gəlir əldə edəcək.
Amma iki qardaş ölkənin üzərinə götürdüyü bu layihənin əsas qazananı Avropa olacaq. Onların qazancı nəhayət ki, Rusiyadan asılı olmayan, alternativ qaz mənbəyidir. Azərbaycan öz üzərinə düşəni edir. Avropanın bu imkandan daha çox yararlanması özündən asılıdır. Köhnə qitənin başbilənləri “Nabukko”nun acı taleyindən dərs çıxararaq TAP kəmərini inşa etməkdə gecikməsələr, Xəzər qazı daha çox avropalını isidə bilər.
Beləliklə, TANAP. Onun buraxıcılıq qabiliyyəti ildə əvvəl 16 milyard kubmetr, sonra 31 milyard kubmetrə çatacaq. Kəmərə 1,3 milyon ton polad boru sərf ediləcək. 1,5 milyard dollarlıq. Qaz nəql şəbəkəsi 1800 kilometrlik ərazini əhatə edəcək. Tərəfdaşların pay bölgüsü: 30 faiz BOTAŞ, 58 faiz SOCAR və 12% BP. Bu yeni əsrin müqaviləsinə aid ən mühüm rəqəmlər idi. Bu rəqəmlər Azərbaycanın Avropa üçün əhəmiyyətinin şəklidir. Yeni Əsrin müqaviləsi.
Mənbə
HESABAT: Vəfa Şəhlayi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10