[ 15 Mart 2015 17:36 ]


Bakı - APA. Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.

APA-nın “Azərtac”a istinadın verdiyi məlumata görə, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli xalqlarının nümayəndələrinin iştirak edəcəyi bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq.

 

Tədbirdə Azərbaycanı estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək.

 

TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq.