Bakı, 15 mart, AZƏRTAC
“Hesab.az” onlayn xidmətlər portalı daha bir bankın müştərilərinə kredit ödənişlərini asanlıqla aparmaq imkanı yaradıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “ExpressBank” “Hesab.az” onlayn ödəmə sisteminə qoşulub. Artıq istifadəçilər “Hesab.az”a daxil olaraq “Bank və Lizinq” bölməsində “ExpressBank” kredit ödənişlərini həyata keçirə bilərlər.