Aparıcı Emin Musəvi ata olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcının dostları sosial şəbəkədə yazıb.
Onlar E.Musəvini təbrik edərək, "Musəvilər və Cəfərovlar ailəsində bu saatlarda yaşanan xoş anlar yerə-göyə sığmır. Emin Musəvi ata oldu. Qızımızı öpürük" deyə, bildiriblər.
Qeyd edək ki, E.Musəvi ötən ilin aprelində Lamiyə adlı xanımla ailə qurub.
Milli.Az