YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, deputat Rauf Əliyev, Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev və digər qonaqlar iştirak ediblər.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov rayon partiya təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Məmmədov birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Birliyin üzvlərinin sayının 2426-ya çatdığı, 900 nəfərin Pirallahı rayonundakı təşkilatın tərkibinə keçdiyi qeyd edilib. O deyib: “Gənclərimizdən 252 nəfəri səhiyyə müəssisəsində, 91 nəfəri elm, mədəniyyət və incəsənət sahəsində, 1515 nəfəri idarə və müəssisələrdə, 25 nəfəri bələdiyyələrdə təmsil olunur, 138 nəfər isə tələbədir. Hesabat dövründə Xəzər rayon Gənclər Birliyinin sıralarına 949 nəfər qəbul olunub”.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Gənclər Birliyinin 28 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 8 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Səsvermə nəticəsində Taleh Məmmədov YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Sitarə Nəsirova və Fəridə Əzizli isə sədr müavinləri seçiliblər.
Konfransda çıxış edən Siyavuş Novruzov Xəzər rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Onlar ölkəmizin gələcəyi üçün maraqlı proqramlar hazırlayırlar. Gənclərin aktivliyini seçki proseslərində də müşahidə etmişik. Bu, bizi sevindirir.
“YAP-ın gənclər ofisində müxtəlif sahələr üzrə kurslar təşkil edilir. İstəyirik ki, gənclərimiz cəmiyyətdə baş verən proseslərə fəal qoşulsunlar. Avropa Oyunları zamanı ölkəmizə minlərlə qonaq gələcək. Onların zəruri bilgilərlə məlumatlandırılması məhz gənclərin işidir”, - deyə S.Novruzov qeyd edib.
Gülağa İslamov ölkəmizdə dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarından danışıb. İcra başçısı Xəzər rayonunda yaşayan gənclərə xitabən “siz xoşbəxtsiniz, siz müstəqil Azərbaycanın yetirmələrisiniz. Hazırda elə bir yaşayış yeri ola bilməz ki, orada mədəniyyət ocaqları, idman meydançaları, park, bağ olmasın, müasir məktəb tikilməsin. Bütün bunları sizin üçün edən İlham Əliyev kimi Prezidentiniz, Mehriban Əliyeva kimi deputatınız var” deyib.
Konfransda digər çıxış edənlər də rayon partiya təşkilatının Gənclər Birliyinə yeni seçilmiş üzvləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10