Ukrayna hərbi hava qoüvvələrinin pilotu və Ali Radanın deputatı Nadejda Savçenko Moskva müstəntiqləri tərəfindən Donbasda iki Rusiya jurnalistinin qətlə yetirilməsində iştirakda ittiham olunur.
Milli.Az BBC-yə istinadən bildirir ki, N.Savçenko həmin ittihamları rədd edir.
Moskvanın ukraynalı həkimlərə Savçenkoya baş çəkib müayinədən keçirməyə icazə verib-verməyəcəyi son günədək məlum deyildi.
"Ukraynalı həkimləri Nadejda Savçenkonun yanına buraxıblar", onun vəkili Mark Feyqin bugün Tvitter səhifəsində bildirib.
Savçenkonun yanına həkimlərin buraxılmasını Ukrayna XİN rəhbəri Pavel Klimkin də təsdiqləyib.
Bundan əvvəl Nadejda Savçenko bildirmişdi ki, ukraynalı həkimlər onun yanına buraxılmasa, o, bazar ertəsindən başlayaraq aclıq aksiyasını bərpa edəcək.
Milli.Az