[ 14 Mart 2015 19:56 ]



Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncamda S. Məmmədovanın Azərbaycan elminin inkişafında böyük xidmətlərinin olduğu vurğulanıb.

 

Dövlət başçısının daha bir sərəncamına əsasən, Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.  Sərəncamda qeyd olunub ki, o, ölkədə inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə təltif edilib.