VAIO Corporation şirkəti tərəfindən hazırlanmış VAIO Phone adlı model HD təsvir ölçülü 5 düymlük ekran, 1.2 GHz takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 410 prosessoru, 2 Gb əməli yaddaş və 16 Gb-lıq fləş daşıyıcı ilə təchiz edilib. Multimedia məzmunu və başqa informasiyanı yadda saxlamaq üçün 64 Gb tutumadək microSD çıxarılıb-taxılan daşıyıcılarından istifadə etmək olar.
Milli.Az ICTnews-a istinadən bildirir ki, akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. İstehsalçı əmin edir ki, qurğu avtonom iş vaxtı danışıq rejimində təxminən 800 dəqiqə, gözləmə rejimində isə 500 dəqiqə işləyəcək. Cihazın əsas kamerası 13, ön kamerası 5 meqapiksellik matrislə təchiz olunub.
Qurğunun ölçüləri 71,3x141,5x7,95 mm, çəkisi 130 qramdır. Android 5.0 əməliyyat sistemi ilə işləyir, LTE şəbəkələrə qoşulmanı dəstəkləyir.
VAIO Phone qurğusu martın 20-də Yaponiyada satışa başlanacaq. Dəyəri təxminən 420 dollardır.
Milli.Az