WhatsApp səsli axtarış funksiyasını istifadəçilərə təqdim edib.Mesajlaşma proqramında səsli axtarış funksiyası istifadəçilərə təqdim edilib
Milli.Az anspress-ə istinadən xəbər verir ki, əvvəlcə Android əməliyyat sistemi üçün istifadəyə verilən WhatsApp səsli axtarış yaxın zamanda iOS üçün də tətbiq olunacaq.
WhatsApp-ın səsli axtarış funksiyasını istifadə edə bilmək üçün kiçik bir əməliyyata ehtiyac var.
Mobil cihazlarından WhatsApp-ın rəsmi internet səhifəsinə girən istifadəçilər buradakı download (yüklə) düyməsinə basaraq yeni versiyanı cihazlarına yükləyirlər.
Yeni xüsusiyyətin iOS və BlackBerry kimi platformalara nə zaman gələcəyi haqqında isə hələlik rəsmi bir şərh yoxdur.
Milli.Az