Ramazan Abdulatipov hökumətə Azərbaycan ilə ticari-iqtisadi əlaqələri gücləndirməyi tapşırıb
Bakı, 14 mart, AZƏRTAC
Dağıstanın başçısı Ramazan Abdulatipov Dağıstan Respublikasının Təhlükəsizlik Şurasının iclasını keçirib. AZƏRTAC Dağıstan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, iclasda respublikanın icra hakimiyyəti orqanlarının, habelə rayon və şəhərlərinin yerli özünüidarəetmə orqanlarının qonşu region və dövlətlər ilə qarşılıqlı münasibətləri müzakirə edilib.
Ramazan Abdulatipov beynəlxalq əlaqələrin möhkəmlənməsinin Dağıstanın iqtisadi perspektivləri baxımından əhəmiyyətini vurğulayaraq deyib: "Xəzərdə fəaliyyəti genişləndirmək lazımdır. Rusiya XİN-in Mahaçqaladakı nümayəndəliyi bu prosesləri əlaqələndirməlidir. Bizdə olan balıqçılıq müəssisələrini də bərpa etmək lazımdır".
Ramazan Abdulatipov xarici-iqtisadi əlaqələri tənzimləmək üçün Dağıstan Respublikası Xalq Məclisinin və hökumətinin rəhbərliyinin Xəzəryanı dövlətlərə səfərlərini təşkil etməyi tapşırıb.
O, gələn il "Xəzəryanı dövlətlərin regionlararası əməkdaşlığı" mövzusunda Xəzər Forumunun keçirilməsinə hazırlıq işlərinin görülməsini tapşırıb.
Bu məqsədlə Sənaye, Ticarət və İnvestisiyalar Nazirliyinə, habelə Dağıstan hökumətinə Azərbaycan, Qazaxıstan və İran ilə ticari-iqtisadi əlaqələrin tənzimlənməsi işini gücləndirmək göstərişi verilib.
İclas çərçivəsində Dağıstan Respublikasının qonşu dövlətlərdəki nümayəndəliklərinin fəaliyyəti ilə bağlı məsələlər də müzakirə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10