“Azərbaycana qarşı hansısa qüvvələr din vasitəsilə təxribat törətmək istəsələr, biz belə qüvvələrin qarşısını qətiyyətlə alacağıq”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu sözləri Komitə sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən bu istiqamətdə təbliğat işi daha da genişləndirilir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq bölgələrdə davamlı olaraq dini maarifləndirmə tədbirləri, “dəyirmi masa”lar keçirilir. Komitənin mütəxəssislərinin və dinşünas alimlərin iştirakı ilə keçirilən belə tədbirlərdə açıq söhbət aparılır. İştirakçılara islami dəyərlərimiz, milli adət-ənənələrimiz, eyni zamanda, ölkəmizdə din sahəsində həyata keçirilən siyasət və onun istiqamətləri barədə ətraflı məlumat verilir. Belə tədbirlər maarifləndirmə baxımından önəmli rol oynayır”.