Pakistan İslam Respublikasının Prezidenti Sumqayıt Texnologiyalar Parkında olub
Sumqayıt, 14 mart, AZƏRTAC
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 14-də Cənubi Qafqazda unikal istehsalat kompleksi - Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olub.
Məlumat verilib ki, 2009-cu ildə fəaliyyətə başlayan STP bu gün Azərbaycanın qeyri-neft sektorunda layiqincə yer tutan müəssisələrdən biridir. Hazırda parkın ümumi sahəsi 250 hektardır. Tərkibində 17 zavodu birləşdirən nəhəng texnoparkın 4500-dən çox işçisi var.
Qeyd olunub ki, qeyri-neft sahəsinin inkişafını strateji vəzifə kimi qarşıya qoyan Azərbaycan Prezidenti İlham Əliyev ölkədə texnoparkların yaradılması təşəbbüsü ilə çıxış edib. Kiçik və orta sahibkarlığın stimullaşdırılmasını nəzərdə tutan regional innovasiya zonasının formalaşdırılması layihəsi çərçivəsində inşa olunan texnoparklar hazırda Azərbaycanda çoxprofilli innovasiyalı mühəndisliyin mərkəzi sayılır.
Sumqayıt Texnologiyalar Parkının tərkibində olan hər bir zavod aparıcı dünya istehsalçılarının ən müasir texnoloji avadanlığı ilə təchiz edilib. Gələcəkdə STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı artaraq, 10 min nəfərdən çox olacaq.
Sonra Pakistan Prezidenti elektromobildə Parkın müəssisələrini gəzib, kabel, mis və alüminium çubuqların istehsalı, plastik borular, isti sinkləmə, habelə yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən zavodlarda, elektron cihazlar, metal konstruksiyalar, dəqiq emal mərkəzində olub. Bildirilib ki, STP-də buraxılan məhsulun dünya standartlarına uyğunluq sertifikatı var və müəssisələrdə idarəetmə tamamilə avtomatlaşdırılıb.
STP-də görülən işlər və investorlar üçün yaradılan əlverişli şərait Pakistan Prezidenti tərəfindən yüksək qiymətləndirilib.
Sonda ali qonağa xatirə hədiyyəsi təqdim edildi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10