Zərdab, 14 mart, AZƏRTAC
Zərdabda Novruz bayramına hazırlıq çərçivəsində iməcilik keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarından 300 nəfər iştirak edib. Şəhərin bütün ərazisində, xüsusən Heydər Əliyev prospektində, Şəhidlərin xatirə parkında, Azərbaycan, Zərdabi, Ramiz Kərimov küçələrində təmizlik, səliqə-səhman işləri görülüb, ağac gövdələri, elektrik dirəkləri rənglənib. Küçə və parklar bayraqlarla, Novruza aid şüar və plakatlarla bəzədilib.
Ayrı-ayrı küçə və parklarda 300-ə yaxın müxtəlif növ ağac, Heydər Əliyev parkında 1200 ədəd gül əkilib.