Samux, 14 mart, AZƏRTAC
Qış aylarında qar və şaxtanın avtomobil yollarında yaratdığı fəsadların aradan qaldırılması üçün Samuxda təmir-bərpa işlərinə başlanılıb.
Samux rayon 57 saylı yol istismar idarəsinin rəisi Zakir Quliyev AZƏRTAC-a deyib ki, hazırda bir neçə istiqamətdə, o cümlədən Əlibayramlı, Samux-Yenikənd-Poylu və Samux-Gəncə avtomobil yollarında təmir işləri aparılır. Təmir-bərpa işlərinin gələn ayın sonlarında başa çatdırılması nəzərdə tutulur.