Sakit Okeandakı kiçik Vanuatu adasında dağıdıcı və güclü "Pem" tayfunu tüğyan edir.
Milli.Az CNN-ə istinadən bildirir ki, Vanuatunun paytaxtı, 45 min sakini olan Port-Vila şəhərinin yanından keçən tayfun 44 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub.
UNİCEF nümayəndəsi Elis Klemetsin dediyinə görə, arxipelaqın uzaq adalarında da güclü külək və yağışlar fəlakət yaradıb.
5-ci səviyyəli tayfun sayılan "Pem"in mərkəzində küləyin sürəti 270 km/saata çatıb. Hazırda tayfun Yeni Zelandiyaya doğru hərəkət edir. "Pem"in Yeni Zelandiyaya çərşənbə axşamı çatacağı deyilir.
Avstraliyadan şimal-şərqdə yerləşən və 88 adadan ibarət Vanuatunun təqribən 260 min sakini var.
Vanuatunun paytaxtı Port-Vilanın Pimela səmtində onlarla insanın itkin düşdüyü deyilir.
Şəhərdə yüzlərlə ev dağılıb. Vanuatunun bir çox yerlərində elektroenerji təminatında ciddi problemlər yaranıb.
Metereoloqların dediklərinə görə, "Pem" son 25 ildə Vanuatuda ən ciddi və dağıdıcı zəlzələdir.
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.


































