Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olunub
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə mənfi təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcəkdir.
Agentliyin qənaətinə görə, çevik fiskal və monetar siyasət xarici valyuta ehtiyatlarının azalmasının əhəmiyyətli dərəcədə qarşısını alacaq.
Qeyd olunanlarla yanaşı, “Fiç Reytingz” maliyyə davamlılığını təmin edəcək əlavə tədbirlərin və ölkə iqtisadiyyatının şəxaləndirilməsi istiqamətində daha təsirli addımların atılmasını ölkənin gələcək reytinqinə müsbət təsir göstərəcək əlavə amillər kimi qiymətləndirir.
Aparıcı beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin bir daha təsdiqi ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə icması tərəfindən etimadın yüksək olaraq qalmasının əyani sübutudur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10