Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq videokonfrans keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Nəqliyyatda fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Videokonfransda Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Qazaxıstanın Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutunun və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu, Komanda-Mühəndislər İnstitutu və Rusiya Federasiyası Volqa Su Nəqliyyatı Akademiyasının Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun mütəxəssisləri iştirak ediblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə öz yeri olan və ən müasir texnologiyalarla təchiz olunmuş mühüm tədris müəssisəsi adlandırdığı Fövqəladə Hallar Nazirliyinin Akademiyasının konfrans zalında keçirilib.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov deyib ki, ən son texnologiyaların tətbiqi ilə reallaşdırılan bu ilk videokonfrans, eyni zamanda, əməkdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Kokşetau Texniki İnstitutunun rəisi Sırım Şaripxanov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə keçirilən bu videokonfransda müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.
Videokonfrans vasitəsilə keçirilən seminarda çıxış edən Komanda-Mühəndislər İnstitutunun nümayəndəsi Sergey Botian, Kokşetau Texniki İnstitutunun şöbə rəisi Arman Kusainov, Azərbaycan FHN-in Akademiyasının fakültə rəisləri Elçin Mahmudov və İlqar Dadaşov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun idarə rəisi Maksim Bodnya və digərləri nəqliyyatın müxtəlif sahələrində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı məruzələr təqdim ediblər.
Çıxışlarda, həmçinin Azərbaycan, Qazaxıstan, Rusiya və Belarusun müvafiq qurumları arasında səmimi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün belə tədbirlərin əhəmiyyəti vurğulanıb.
Sonda seminarın yekunları ilə bağlı müzakirələr aparılıb, videokonfransların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10