Qurğu sensor ekran, alüminium korpus və böyük tutumlu batareya ilə təchiz edilib ki, bu da 12 saat avtonom iş üçün kifayət edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Chromebook müvafiq olaraq 2.2 QHs və 2.4 QHs takt tezlikli Intel Core i5 və Core i7 prosessorları ilə təchiz edilib. Konfiqurasiyadan asılı olaraq, əməli yaddaşın həcmi 8 və ya 16 QB, daxili yaddaş isə 32 və ya 64 QB-dır.
Həmçinin iki ədəd universal USB Type C portu, Wi-Fi, Bluetooth 4.0 modulları və 720p təsvir ölçülü veb-kamerası var. Noutbuk Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Milli.Az