Azərbaycan-Belarus biznes forumu keçirilib
Nazirlikdən ANS PRESS-ə bildirilib ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov biznes forumdakı çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Belarus Respublikası ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat vermişdir. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, eləcə də iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirib. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır.
O, Belarus iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin direktoru Aleksandr Fedorçuk ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini söyləyib.
Biznes forumda AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
Təqdimat belarus iş adamları tərəfindən maraqla qarşılanıb. Sonra “Minsk” azad iqtisadi zonasının rəhbəri A.Axremçik təqdimatla çıxış edərək Minsk şəhərinin sənaye potensialı və “Minsk” azad iqtisadi zonasının fəaliyyəti barədə məlumat verib. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33