Almanların əksəriyyəti Yunanıstanın avrozonadan çıxmasını istəyir
Bakı, 13 mart, AZƏRTAC
Almaniya vətəndaşlarının əksəriyyəti – 52 faizi Yunanıstanın avrozonadan çıxmasını istəyir. Bu münasibət Almaniyanın ZDF telekanalının apardığı rəy sorğusunun martın 13-də dərc edilmiş nəticələrindən bəlli olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sorğuda 1,2 min nəfər iştirak edib. Respondentlərin 40 faizi böhran keçirən Yunanıstanın valyuta ittifaqında üzvlüyünün lehinə səs verib, 8 faizi isə cavab verməkdə çətinlik çəkdiyini deyib.
Bununla yanaşı, Baş nazir Aleksis Tsiprasın siyasətinin almanlar tərəfindən getdikcə daha az dəstəklənməsi tendensiyası da müşahidə olunur. Bir ay bundan əvvəl isə vəziyyət tam fərqli idi. O vaxt almanların 52 faizi avrozonanın bütövlüyünü dəstəkləyir, yalnız 41 faizi Afinanın üzvlükdən çıxmasını istəyirdi.
Son zamanlar yunan siyasətçiləri ikinci Dünya müharibəsi zamanı millətçi-sosialistlərin cinayətlərinə görə təzminat ödənilməsi məsələsini daha çox qabardırlar. Belə görünür ki, almanların Yunanıstana münasibətinin dəyişməsinə bu amil də öz təsirini göstərib.
Afina parlamentinin bəzi nümayəndələrinin hesablamalarına görə, Almaniya Federativ Respublikası böhran keçirən Yunanıstana 1938-ci il qiymətləri ilə 7,1 milyard dollar, yəni indiki qiymətlərlə faizsiz 108 milyard avro ödəməlidir.
Berlin isə öz növbəsində 2012-ci ildə İtaliyanın Almaniyaya analoji tələbinin əsassız sayıldığı hüquqi presedentə əsaslanaraq bu tələblərin qanunsuz olduğunu bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10