“Swatch” “ağıllı” saat bazarına çıxır
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, İsveçrənin “Swatch Group” şirkəti, nəhayət, son zamanlar aparıcı texnologiya şirkətlərinin istehsalı olan “ağıllı” saatlarla bağlı öz fikrini açıqlayıb. Başqa istehsalçılardan fərqli olaraq, dünya saat bazarının təxminən 18 faizinə nəzarət edən “Swatch” şirkəti xüsusi "ağıllı" saat modeli yaratmaqdan imtina edib və ayrı-ayrı funksiyaları artıq mövcud olan modellərə inteqrasiya etmək niyyətindədir. Məsələn, bir vaxtlar “Swatch” daxili peycerə malik saat buraxmış yeganə şirkət olub.
"Biz "ağıllı" saata funksiyaların inteqrasiyası üzrə dünya lideriyik və əldə daşınıla bilən mini-smartfon yaratmağa hazırlaşmırıq. Qoy başqa şirkətlər bu işlə məşğul olurlar" – 2014-cü ildə şirkətin fəaliyyətinə həsr edilmiş mətbuat konfransında çıxış etmiş şirkətin direktoru Nik Xayek belə deyib.
“Swatch” şirkəti öz diqqətini iki əsas istiqamət (yaxın məsafədən kontaktsız rabitə texnologiyası (“NFC”) və “Bluetooth” texnologiyası) üzrə cəmləyib. “NFC” texnologiyası kontaktsız ödənişlər etməyə və ya elektron qıfılları açmağa imkan verir. Belə funksiyaya malik “Swatch” saatları artıq iki ay sonra satışa çıxarılacaq. Bunun üçün saat nəhəngi artıq Çinin “UnionPay” sistemi, İsveçrənin böyük bankı (adı açıqlanmır) və qlobal ödəmə kartları sistemi ilə əməkdaşlığa başlayıb.
Öz sahiblərinə smartfonla əlaqə yaratmağa imkan verən “Bluetooth” texnologiyasına malik “Swatch” saatları yayda əlçatan olacaq. İlk model təxminən 135 İsveçrə frankı dəyərində satılacaq.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10