Yerə martın 11-dən Günəşdən ayrılmış nəhəng maqnit qasırğası yaxınlaşır.

Anspress-in məlumatına görə, NASA mütəxəssisləri qasırğanı gücünə görə ən yüksək  - iks kateqoriyasına aid ediblər. Mütəxəssislər maqnit burulğanının Yerdə peyk-naviqasiya sistemini sıradan çıxara biləcəyini bildirirlər. Burulğan nəticəsində radiodalğaların ötürülməsində də problem yaranacaq. Maqnit burulğanının insanların səhhətinə də təsirsiz ötüşməyəcəyi gözlənilir.

Qeyd edək ki, martın 20-də Yerdə Günəş tutulması hadisəsi də yaşanacaq. Günəş tutulmasını Avropanın bəzi yerlərindən və Rusiyadan gözlə görmək mümkün olacaq. Bu Günəş tutulması digərlərindən fərqli olaraq Şimal qütbündə görünəcək.

Milli.Az