Sosial şəbəkələrdə daha bir maraqlı video paylaşılıb. ANS PRESS-in məlumatına görə, video Rusiyada, 8 mart Beynəlxalq Qadınlar bayramında çəkilib.

Videoda 3 kişi nəhəng ayı oyuncağını “QAZ-24” markalı minik maşınına mindirmək istəyirlər. Bunun üçün kişilər böyük güc və vaxt sərf etməli olublar.

Hava qarlı və yer sürüşkən olduğundan bu iş bir az da çətinləşib. Kişilərdən biri hətta az qalıb yıxılsın. Lakin çətinliklə də olsa kişilər arzularına çata biliblər. Onlar nəhəng ayı oyuncağını maşına mindiriblər.

Ümid edirik ki, kişilərin bu əziyyəti hədər getməyəcək. Oyuncaq sahibəsinin xoşuna gələcək.

ANS PRESS həmin videonu təqdim edir:


Mənbə
ANS PRESS