"Çelsi"nin futbolçusu Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Barselona" - "Mançester Siti" oyunu haqda fikirlərini bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis sözügedən qarşılaşmada İngiltərə klubunu dəstəklədiyini deyib:
 
"Ümid edirəm ki, "Mançester Siti" "Barselona"nı mübarizədən kənarlaşdıracaq. İngiltərədə işlədiyim üçün onların qalib gəlməsini istəyirəm".
 
Qeyd edək ki, "Barselona" - "Mançester Siti" qarşılaşması martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az