Avstraliyanın ən populyar televiziya aparıcılarından biri Kerri-Enn Kennerli "ASTRA Awards" mükafatlarının Sidneydə keçirilən təqdimat mərasimində naqolay duruma düşüb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 61 yaşlı teleaparıcı qırmızı xalıda yeriyərkən külək onun donunun ətəyini bir kənara atıb və Kennerli yarıçılpaq durumda qalıb.
Avstraliya mediası bu olayı ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş 57-ci "Grammy Awards" mükafatlarının təqdimat mərasimində müğənni Madonnanın açıq-saçıq geyimdə peyda olması ilə müqayisə edib.
Milli.Az





