İsveç Baltik dənizində Qotland adasında hərbi kontingentini yerləşdirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə The Financial Times qəzeti yazır.

Bildirilir ki, hərbi kontingentin adaya yerləşdirilməsində məqsəd İsveçin suverenliyinin qorunmasıdır. İsveç müdafiə naziri Peter Xultkvistin sözlərinə görə, adada 150 hərbi qulluqçu yerləşdiriləcək. Bundan başqa adada Hərbi Dəniz və Hava Qüvvələrinin birlikdə genişmiqyaslı təlimlərinə start veriləcək.

Qeyd edək ki, fevral ayında məlum olmuşdu ki, İsveç və Finlandiya hərbi əməkdaşlığı genişləndirmək və birgə hərbi-dəniz çevik qrupunu yaratmaq niyyətində idi. Ölkələr bu məqsədlə bir növ Rusiyanın Baltikyanı ölkələrlə münasibətlərin korlanmasına cavab vermiş olacaqlar.
Mənbə
ANS PRESS