Politoloq hesab edir ki, əslində Qərb ölkələrinin həmin mövqeləri səngiyib. Belə ki, buna səbəb Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın apardığı güclü təbliğat və tanıtım kampaniyalarıdır: “Bu və ya digər formada ölkəmizə qarşı olan təzyiqlər bir qədər səngiyibdir. Bu baxımdan güman edirəm ki, bu məsələlər tədricən qaydasına düşəcək. Qaz faktorundan sonra bu məsələlərin tamamilə öz qaydasına düşəcəyinə inanırıq. "Avroviziya" mahnı müsabiqəsindən sonra Avropa Oyunlarının da ətrafında, sadəcə, ajiortaj yaratmağa çalışırlar. Amma Avropa Oyunları ilə bağlı xarici ölkələrdə keçirilən tanıtım tədbirləri bu ajiotajı alt-üst etməyə müvəffəq olur”.
Milli.Az