Butanın milli yığması öz tarixində birinci qələbəni qazanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə FİFA prezidenti Yozef Blatter öz Twitter səhifəsində yazıb.

Belə ki, 2018-ci il Dünya çempionatının təsnifat mərhələsində Butan Şri-Lanka ilə üz-üzə gəlib. Butan matçdan minimal hesabla qalib ayrılıb.

Qeyd edək ki, Butan yığması FİFA-nın reytinqində son yerdə qərarlaşır. Komanda reytinq cədvəlində 209-cu pillədə qərarlaşıb.
Mənbə
ANS PRESS