Avropa Şurası Parlament Assmableyasinin Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.

ANS TV-nin məlumatına görə, iki günlük səfər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədi daşıyır.

Səfər zamanı Robert Valter, prezident İlham Əliyev, Parlamentin sədri Oqtay Əsədov, Müdafiə naziri Zakir Həsənov və digər şəxslərlə görüşəcək. Artıq Robert Valter Milli Məclisdə deputatlarla görüşərək, 1 sıra məsələləri müzakirə edib.
Mənbə
ANS-TV