Bakı, 12 mart, AZƏRTAC
Mənə rus dilində “Azərbaycan muğamı ensiklopediyası”nın (“Энциклопедия азербайджанского мугама”) redaktoru olmaq şərəfi nəsib olub. Azərbaycan xalqının mədəni sərvəti olan muğama həsr edilmiş bu kitab oxucularda unudulmaz təəssürat oyadıb. Mən bu musiqini dinləyəndə böyük zövq alıram.
“Большая Российская Энциклопедия” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova bu sözləri “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən simpoziumda jurnalistlərə müsahibəsində deyib.
O.Frayonova 40 ölkədən alim və mütəxəssislərin məruzələrinin dinləniləcəyi simpoziumun işini yüksək qiymətləndirib.
O, Azərbaycan mədəniyyətinin, xüsusən, muğamın bütün dünyada təbliğinə Heydər Əliyev Fondunun böyük töhfəsini də qeyd edib.