Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Elçin Mehdiyev/
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az