Kazanda ticarət mərkəzində baş vermiş yanğından sonra dağıntılar altında daha 25 nəfərin qalması ehtimalı var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, onların arasında xilasedicinin olduğu da istisna edilmir.

Qeyd edək ki, azərbaycanlı iş adamına məxsus “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Yanğın 4 min kv.m-lik ərazini əhatə edib.

Milli.Az