Bakı, 12 mart, AZƏRTAC
Bank of Baku ilk dəfə Youtube sosial şəbəkəsindəki rəsmi kanalında “BOB TV” adlı maarifləndirici bank verilişinin yayımına başlayır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, BOB TV – Bank of Baku-nun məhsul və xidmətlərini, filiallarındakı işgüzar həyatı müştərilərlə bölüşən, həmçinin maliyyə savadlılığının artırılması üçün aktual mövzuların müzakirə məkanı olan rəsmi kanalında maarifləndirici ilk bank verilişi olacaq.