Mingəçevir Sənaye Parkında yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri yaradılacaq
Mingəçevir, 12 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə martın 12-də Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevir şəhərində də sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırıb.
Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyri-neft sənayesinin inkişafı, onun ixrac imkanlarının genişlənməsi üçün görülən işlər barədə məlumat verib. Bildirilib ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının təşkili, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafı üçün sənaye gücləri yaradılır.
Qeyd edilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Prezidentinin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli Sərəncamına uyğun olaraq, Parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Mingəçevirdə sənaye parkının yaradılması şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaq. Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Tədbirdə Mingəçevir Sənaye Parkının yaradılmasının və tətbiq ediləcək güzəştlərin xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti, yeni texnologiyaların, “know-how”, eləcə də digər bilik və bacarıqların tətbiqinin sənaye potensialının inkişafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov ölkə iqtisadiyyatının şaxələndirilməsinin, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların respublikamıza gətirilməsinin və yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının dövlətimizin başçısı tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd edib. Vurğulanıb ki, hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb. Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir. Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılan sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin sənaye parkına idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunacaqlar. 14,8 hektar ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.
Tədbirdə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” barədə də məlumat verilib. Qeyd olunub ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm prioritetlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və digər mühüm istiqamətlər nəzərdə tutulub.
Çıxış edən sahibkarlar sənaye məhsullarının ixrac və rəqabət qabiliyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10