Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, nazirin Sloveniya paytaxtı Lyublyanaya səfəri çərçivəsində bu ölkənin prezidenti, parlamentin sədri, müdafiə naziri və bir sıra digər görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər martın 14-dək davam edəcək.
Mənbə
ANS PRESS