Nemtsovun qızı: "Atamın ölümündə günahkar Putindir"
ANS PRESS-in məlumatına görə, Janna Nemtsova atasının dəfnindən dərhal sonra xaricə gedib və onun BBC-yə müsahibəsi İtaliyada yazılıb.
O, müsahibəsində atasının qətlinin siyasi məsuliyyətini Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub: "Janna atasının ölümündə Rusiya prezidentinin siyasi mənada günahkar olduğunu deyib: “Bəli, siyasi mənada günahkardır”.
“Onlar mənim atamı öldürüb, mən susa bilmərəm. Atam Putinin ən əsas tənqidçisi olub. O, Rusiya müxalifətinin ən güclü lideri olub. O, Putinlə mübarizə edib, başqa heç kəslə yox. Atamın qətlinə hər hansı ayrı-ayrı epizodlar səbəb olmayıb, özünüzü aldatmayın. Sadəcə, onun mövqeyi – o, heç vaxt hakimiyyətlə heç bir kompromisə getməyib. O, öz prinsiplərinə dəqiq əməl edirdi. Məhz buna görə də öldürülüb”, - Nemtsovun qızı hesab edir.
“Mənim bu araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi qərb siyasətçiləri – bunun nə qədər ciddi olduğunu deyə bilmərəm – beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırmalar yoxdur”, - o bəyan edib.
Onun sözlərinə görə, Rusiya KİV-ində Nemtsovun qətlində sifarişçi olmadığı, Zaur Dadayevin isə şəxsi təşəbbüsü ilə hərəkət etdiyi barədə istintaqa istinadən yayılan informasiya onu heyrətə gətirib. Janna Nemtsova müstəntiqlərin onunla heç ifadə almaq üçün əlaqə saxlamadıqlarını, lakin həlak olan atasının artıq qətl gecəsi hüquq-mühafizə orqanları tərəfindən bütün texnika və sənədlərin yığışdırıldığı mənzilinə buraxılmadığını bildirib.
“Onlar həqiqətin müəyyən edilməsində maraqlı deyil" - deyən Janna, həbs edilən Zaur Dudayevin qatil olduğuna inanmadığını bildirib: "Zaur Dadayevin özü deyib ki, dostu Ruslan Yusupovun azadlığa buraxılması müqabilində etiraf ifadəsinə məcbur edilib. O, İctimai Nəzarət Komissiyası nümayəndələrinin istintaq təcridxanasına səfəri zamanı həbs edildikdən sonra qəddarcasına rəftara məruz qaldığından şikayətlənib. Guya Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı nədənsə hansısa kameralar işləmədiyi yerdə, bax burada o, atamı öldürüb. Yox, mən buna inanmıram. Hətta qətli icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib – Nemtsovu öldürmək... Motivi nədir? Mən motiv görmürəm”.
Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə layiq deyil: "Atama Çeçenistanda hörmət edirdilər. Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib və orada bunu doğurdan da xatırlayırlar. Çeçenlər onun 90-cı illərdə orada hərbi münaqişənin inkişafının qarşısını almaq yönündə fəaliyyətinə görə çox minnətdardırlar”, - deyə Nemtsova fikrini əsaslandırıb.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51