Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Dövlət Sosial Müdafiə Fond (DSMF) ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə brifinq-təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasında yaradılması haqqında məlumat verilib.
Tədbirdə layihənin rəhbəri, DSMF-nin şöbə mudiri Nigar Pənahova görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.