[ 12 Mart 2015 11:55 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb. S. Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Hadisəni törədən zaman onların azyaşlı uşaqları da evdə olub.