[ 12 Mart 2015 11:34 ]
Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda keçiriləcək ikinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.
Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.