"Bədən sözləri: heyvanlar içəridən və çöldən" (Body Worlds: Animal Inside Out) sərgisi görənləri, gələnləri şoka salır.
 
"Doktor Frankenşteyn" kimi dünyaca məşhur olan alman patoloqoanatom doktor Günter fon Hagensin əsərləri İrlandiyanın paytaxtı Dublində nümayiş olunur.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sərgidə nümayiş olunan heyvan leşləri anatomik qaydada parçalanıb.
 
Günter fon Hagens 1977-ci ildə kəşf etdiyi xüsusi metodika vasitəsilə insan cəsədləri və heyvan leşlərini ölümdən sonra uzun müddət çürümədən saxlaya bilir.
 
O, "əsərlər"indən ibarət ekspozisiyada cəsəd və leşləri plastinasiya edəndən sonra tamaşaçılara orqanizmlərin strukturlarına rahat şəkildə baxmağa imkan yaradır.
 
Doktorun ixtirası olan plastinasiya metodu cəsədlər və leşlərə xüsusi polimer materiallar hopdurulmaqla onların konservasiyasıdır.

Milli.Az