Baş verən yanğın çətinliklə də olsa söndürülüb
Bakının Qaradağ rayonuda ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəhayət ki, söndürülüb.

Anspress-in verdiyi məlumata görə, yanğın saat 07 radələrində ram edilib.

Qeyd edək ki, ötən gecə Lokbatan qəsəbəsi Seymur Orucov küçəsindəki ikimərtəbəli, 3-girişli binada baş verən yanğını görən sakinlər dərhal binanı tərk ediblər.

Birinci girişin ikinci mərtəbəsindən qaynaqlandığı ehtimal edilən yanğının böyük miqyas almasına səbəb binanın tamamilə taxta və qamışdan ibarət olasıdır.

Əvvəlcə hadisə yerinə rayon üzrə yanğınsöndürmə briqadası çağırılsa da, alovun genişlənməsi ilə bütün Bakı qarnizonu üzrə çağırış elan edilib. Bundan əlavə, kömək və təhlükəsizliyi nəzərə alaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin bütün şəxsi heyəti də əraziyə cəlb edilib.

İnsanlar binadan təxliyyə ediliblər. Yanğın gecə saatlarında baş versə də, onu yalnız səhər söndürmək mümkün olub.

İlkin ehtimal kimi yanğına elektirk naqillərində baş verən qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az