Bakıda avtomobil servisində yanğın olub.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 250 kv.m olan “Dədəmin” avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış, sahibi məlum olmayan “Nissan” markalı minik avtomobilin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri, həmçinin mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletləri yanmışdır.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Milli.Az