Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma şüşahidə olunub.

ANS PRESS-in məluamıtna görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar artaraq 48,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,33 dollar qalxaraq 57,87 dollar olub.

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.
Mənbə
ANS PRESS