Massaçusets Texnologiya İnstitutunda hazırlanmış qurğu prototipi gözdən əlil və zəif görən insanlara istənilən, həmçinin elektron kitabları oxumağa imkan verir. Bu halda, hətta Brayl şriftini öyrənməyə ehtiyac yoxdur.

ANS PRESS-in məlumatına görə, “FingerReader” adlı cihaz oxucunun barmağına bərkidilir. Bu həll bir sıra müxtəlif ötürücü və sensorlarla təchiz edilib və mətni “tanıya” və musiqi formatında səsləndirə bilir. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

“FingerReader” cihazından istifadə prosesi kifayət qədər asandır: qurğu barmağa bərkidilir və göstərici kimi istifadə olunur. Mətnin hansısa bir hissəsini oxumaq üçün istifadəçi yalnız barmağını (göstəricini) lazımi sətrin alt hissəsinə yaxınlaşdırmalıdır. Əgər mətni oxuduqda göstərici sətri buraxarsa və ya əl titrəyərsə, o zaman istifadəçi səsli xəbərdarlıq eşidir.

Mənbə
ANS PRESS