ANS PRESS-in məlumatına görə, bu haqda The Daily Mail yazır.
Biskayya əyalətində Portuqalete şəhərciyinin meri vəzifəsinə namizəd olan İolanda Kouseyro Morin təbliğat-təşviqat prosesində gözlənilməz üsula əl atıb.
Belə ki, şəhərin küçələrində Morinin çılpaq fotoları olan plakatlar yerləşdirilib. Fotoda onun sinəsi "Siyasətçilər bizi çılpaq qoydu" yazısıyla örtülüb.
Morin seçkilərə "Azadlıq Partiyaları - Təmiz əllər" blokundan namizədliyini irəli sürüb.


MənbəANS PRESS