Şok: O adamlar öldürüləcək (VİDEO)
ANS TV-nin Moskva bürosunun məumatına görə, bir neçə gün öncə Basmannı məhkəməsində Nemtsovu öldürdüyünü deyən Dadayev hədə-qorxuya məruz qalması ilə əlaqədar belə bir addım atdığını açıqlayıb. Dadayev qeyd edib ki, o, Nemtsovu öldürdüyünü deməsə idi, onu da dostu Beslan Şabanov kimi öldürəcəkdilər. O deyib ki, Moskvada hər şeyi danışacağını düşünsə də, hakim ona heç söz də verməyib.
Rusiya prezidenti yanında insan haqlarından cavabdeh komissiyanın sədri Andrey Babuşkin də Dadayevin son bəyanatından sonra bu gün şübhəlilərin saxlanıldığı Lefortovo həbsxanasında olub. O, həmin şəxslərin bədənində çox sayda yaralar gördüyünü etiraf edib. Andrey Babuşkin Rusiya İstintaq Komitəsinə saxlanılanların təhlükəsizliyinin təmin edilməsi və bədənlərindəki yaraların səbəbinin araşdırılması tələbiylə müraciət edib.
Rusiya İstintaq Komitəsi Zaur Dadayev və daha 4 nəfəri rus müxalifətçisi Boris Nemtsovu peyğəmbəri tənqid etdiyi üçün öldürməkdə şübhəli bilir. Rusiya müsəlmanları qətlin islamla əlaqələndirilməsindən və ölkədəki islamofobiya havasının yenidən canlandırılmasından narahat olduqlarını deyirlər.
Rusiya müftüsünün köməkçisi Nafiqulla Aşirov bildirdi ki, bu cinayətlə bağlı islama qarşı bəyanatlar onu çox narahat edir: "Hələ istintaq nəticələri bilinmədən hamı cinayətin islam və Qafgaz izindən danışılır. Halbuki, siyasi məqsədlə törədildiyi heç kimdə şübhə oyatmayan bu hadisəylə bağlı islama işarət edilməsi ölkəmizdə milli və dini qarşıdurmanı gərginləşdirməyə xidmət edir”.
Xatırladaq ki, Putinə qarşı sərt tənqidləriylə tanınan Boris Nemtsov 27 fevral gecəsi Kreml divarları yaxınlığındakı Moskvaretski köprüsündə güllələnərək qətlə yetirilib.
Rusiyanın “Novaya qazeta” mətbuat orqanı isə Nemtsovun qətli ilə bağlı qalmaqallı məlumat yayıb. Qəzetin xəbərinə görə, Rusiya hökuməti güllələnmə siyahısı hazırlayıb. Nemtsovdan sonra bu siyahıda Mixail Xodorkovski, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov və aparıcı Kseniya Sobçakın da adı var. Artıq Venediktovun ölkəni tərk etdiyi deyilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatları absurd adlındırıb.
Mənbə
ANS-TV-Aqşin Sabiroğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10